Prezidentin müşaviri əfv olundu

Prezidentin müşaviri əfv olundu

Donald Trampın keçmiş məsləhətçisi güzəştli şərtlərlə əfv edilib.

Cebhe.info xəbər verir ki, 2016-cı ildə ABŞ Prezidenti Donald Trampın müşaviri olan Roqer Ston barədə əfv qərarı verilib. Roqer Stoni "qurultaya yalan danışmaq" və "ədaləti yanıltmaq" səbəbi ilə 3 il 4 ay həbs cəzası almışdı.

Kayleqi MakEnani "Ortada dəqiq sübut yoxdur, Stoninin cəzası Rusiya araşdırması tərəfindən dəyərləndirilməlidir. Reallıq budur ki, ona həbs cəzası verilə bilməz", - deyib.

Qeyd edək ki, 67 yaşlı Stonun səhhəti ilə bağlı problemləri də dəyərləndirən MakEnani "Stonun səhhəti həbsdə pisləşə bilər. Rusiya araşdırmasındakı bir çox iş adamları kimi Roqer Ston də çox haqsızlığa məruz qalıb, o, artıq azad adamdır", - deyib.

Qeyd edək ki, Stonun həbs müddətinin 14 iyuldan başlaması nəzərdə tutulmuşdu.

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info