Bunu Rusiyasız həll etmək lazımdır – Almaniya

Bunu Rusiyasız həll etmək lazımdır – Almaniya

Rusiya Suriyadakı situasiyanı həll edəcək istənilən imkanı bloklayır, ona görə də Avropa Rusiyadan kənar fəaliyyət göstərməlidir.

Axar.az xəbər verir ki, bu iddia ilə “Die Velt” qəzeti çıxış edib. Məqalədə Rusiya ucbatından 3 milyon suriyalının aclıqdan əziyyət çəkdiyi bildirilib:

“Rusiya Suriya rejimini dəstəkləməyə davam etdikcə beynəlxalq səviyyədə həll tapmaq mümkün olmayacaq. Qərb ilk növbədə çalışmalıdır ki, Moskvanın onu qorxutmağına imkan verməsin. Digər tərəfdən, Qərb çalışmalıdır ki, BMT qətnaməsi çərçivəsində situasiyanın həllini öz əlinə alsın. Söhbət Türkiyə ilə sərhəd ərazidən gedir, oradan isə Avropaya elə də çox məsafə yoxdur”. İlkin

Mənbə: axar.az