Aya Sofya qalmaqalı: Türkiyədən YUNESKO-ya cavab

Aya Sofya qalmaqalı: Türkiyədən YUNESKO-ya cavab

Aya Sofya Türkiyə qanunvericiliyinə uyğun olaraq güclü şəkildə qorunur.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Özgül Özkan Yavuz Tvitter hesabında deyib.

“Aya Sofya YUNESKO-nun 1972-ci il tarixli “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasında olduğu kimi, Türkiyə qanunvericiliyinə uyğun olaraq güclü şəkildə qorunur. Konvensiyada siyahısında yer alan bir qurumun funksiyasının dəyişdirilməsinin qarşısını alan müddəa yoxdur.

Aya Sofyanın məscid kimi istifadə edilməsi müqavilənin şərtlərinin pozulması deyil. Bu vəziyyət heç vaxt Aya Sofyanın üstün dəyərinə təsir etmir”, – Ö.Yavuz bildirib.

Nazir müavini sonda qeyd edib ki, 8-ci əsrdə məscid kimi tikilən, 13-cü əsrdə kilsəyə çevrilən və hələ də ibadətə açıq kilsə kimi fəaliyyət göstərən İspaniyadakı Kordova məscidi 1984-cü ildən bəri YUNESKO-nun Ümumdünya İrsi Siyahısında yer alır.

Qeyd edək ki, YUNESKO abidənin statusu ilə bağlı Türkiyənin qərarından təəssüfləndiyini açıqlayıb.

Mənbə: axar.az