İran S-300-ləri Xəzər dənizinin sahilinə yerləşdirdi

İran S-300-ləri Xəzər dənizinin sahilinə yerləşdirdi

İran ordusu Xəzər dənizi sahili boyunca S-300 zenit raket kompleks sistemlərini yerləşdirməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

İranda yaxın zamanda hərbi sektorda və nüvə fəaliyyəti ilə bağlı gizli strateji obyektlərdə baş verən partlayışlara qarşı belə bir addımın atıldığı ehtimal edilir.

Bəzi mənbələr iddia edir ki, strateji obyektlərdə baş verən yanğın və partlayışlar İsrail tərəfindən törədilir.

Qeyd edək ki, ötən gün SEPAH-ın Tehranın qərbində - Qarmdareh və Qüds rayonlarında raket anbarlarında partlayışlar baş verib.

Mənbə: axar.az