ABŞ-da koronavirusa gündəlik yoluxma sayında yeni rekord… Ştatlar karantin tədbirlərini yenidən sərtləşdirir

ABŞ-da koronavirusa gündəlik yoluxma sayında yeni rekord… Ştatlar karantin tədbirlərini yenidən sərtləşdirir

Yer üzündə koronavirusa yoluxanların sayı 13 milyona yaxınlaşır, ölü sayısı isə 563 mini keçib. Hazırda həm yoluxma, həm də ölüm sayına görə dünyada ilk sırada yer alan ABŞ-da gündəlik yoluxma sayında indiyə qədər ən yüksək rəqəm qeydə alınıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, son son sutka ərzində 71 787 nəfərin test nəticələri müsbət çıxıb. Bununla ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyon 291 mini keçib, ölənlərin sayısı isə 849 nəfər artaraq 136 minə çatıb.

Gündəlik yoluxma və ölüm hallarının azalmasına baxmayaraq, Nyu-York ABŞ-da "epidemiyadan ən çox təsirlənən əyalət" olaraq qalır. Nyu-Yorkda bu günə qədər 426 min 16 nəfər virusa yoluxub, 32 min 375 nəfər ölüb.

Nyu-Yorku 312 mindən çox yoluxma ilə Kaliforniya və 251 mini aşan yoluxma ilə Texas izləyir.

Təxminən 40 milyon əhalisi olan ABŞ-ın ən sıx məskunlaşdığı əyaləti Kaliforniyada vəziyyət getdikcə daha da pisləşir. Hər gün təxminən 8 min yoluxmanın qeydə alındığı ştatda karantin tədbirlərinin yenidən sərtləşdirilməsi gündəmə gəlib.

Kaliforniyanın ən pis vəziyyətdə olan şəhərlərindən biri Los Ancelesdə testlərin aparılmasının asan olmasına baxmayaraq, son günlər burada da problemlər yaşanır. Test vermək istəyən bir çox insan saatlarla növbədə gözləməli olur.

Los Anceles bələdiyyə başçısı Erik Garcetti, xəstəxanalarda yerləşdirmə və yoluxma sayında artım bu tempdə davam edərsə, yenidən sərt karantin rejimi gətirilə biləcəyini, küçəyə çıxmağın qadağan edilə biləcəyini deyib.

Kaliforniya ştatı sıxlıq olan həbsxanalarda xəstəliyin yayılmasını azaltmaq üçün daha 8 minməhkumu sərbəst buraxır. Bundan əvvəl bölgədəki həbsxanalardan 10 min məhbus sərbəst buraxılmışdı.

Yoluxma sayının getdikcə artdığı başqa bir ştat, Corciyanın Atens şəhərində açıq havada və ictimai yerlərdə maska taxmaq məcburiyyəti gətirilib.

Dünyada ən çox yoluxma qeydə alınan ölkələrin sırasında ABŞ-ı 1 milyon 807 min 496 yoluxma ilə Braziliya, 825 min 753 yoluxma ilə Hindistan və 720 min 547 yoluxma ilə Rusiya izləyir.

Mənbə: www.baki-xeber.com