ABŞ təyyarəsi sərhəddə: Rus qırıcıları havalandı...

ABŞ təyyarəsi sərhəddə: Rus qırıcıları havalandı...

Rusiya qırıcıları ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qarşısını kəsib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiyanın Su-35S və MiQ-35BM qırıcıları ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135W strateji kəşfiyyat təyyarəsinin qarşısını kəsib. ABŞ təyyarəsi Yapon dənizi üzərindən Rusiya sərhədinə yaxınlaşdıqdan sonra rus qırıcıları havalanıb.

Rusiya qırıcıları ABŞ təyyarəsini təhlükəsiz məsafədən müşayiət edib. ABŞ təyyarəsinin Rusiya sərhədindən uzaqlaşdığından əmin olduqdan sonra qırıcılar geri qayıdıb”, - məlumatda bildirilib.

Mənbə: axar.az