Türkiyə və Britaniya azad ticarətin qapılarını açır

Post-Brexit dövründə Britanyadan növbəti azad ticarət sövdələşməsi..

 

Türkiyə Xarici İşlər Naziri Mevlut Çavuşoğlunun sözlərinə görə, Türkiyə ilə İngiltərə azad ticarət sazişi imzalamağa “çox yaxındır”.

PİA.az xəbər verir ki, Britaniya (Almaniyadan sonra) Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşıdır. Belə ki, keçən il İngiltərə-Türkiyə arasındakı ticarətin ümumi dəyəri 18,8 milyard funt sterlinq olub. Burada İngiltərənin ixracatı 7,9 milyard funt sterlinq, Türkiyənin ixracatı 10,9 milyard funt sterlinq təşkil edib.

Türkiyə Avropa Birliyi gömrük ittifaqının üzvüdür, yəni İngiltərə ilə azad ticarət sazişi yalnız Britaniya Avropa bloku ilə razılaşma əldə etdikdən sonra həyata keçirilə bilər.

İki tərəf ilin sonuna qədər razılaşmaya gələ bilməsə, Ankara İngiltərə ilə saziş imzalamaq və AB qaydalarını pozmaqla bağlı problemlə üzləşə bilər.

Çavuşoğlu İngiltərənin "strateji müttəfiq" olduğunu əlavə edərkən bunun "qəribə bir vəziyyət" olacağını etiraf edib.

Tərcümə Qlobus teleqram kanalına aiddir. Kanala abunə olun, dünya xəbərləri ilə ilk siz tanış olun...

pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Chevrolet Malibu sedanı da təqaüdə göndəriləcək - FOTO

SONRAKI XƏBƏR

Cahangir Əsgərovun milyonluq mülkləri - FOTOLAR