Akarın Kiyev səfəri: Türkiyədən PUA istəyi...

Akarın Kiyev səfəri: Türkiyədən PUA istəyi...

Türkiyə Ukraynaya pilotsuz uçan aparatlar (PUA) sata bilər.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın Ukrayna səfəri çərçivəsində bu ölkədən olan həmkarı Andrey Taranla görüşündə müzakirə aparılıb.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlıq müzakirə olunub.

A.Taran Türkiyədən PUA almaq istədiklərini vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Hulusi Akar ötən gün Ukraynaya gedib.

Mənbə: axar.az