Atatürk belə 11 il gözlədi - Kalından kritik açıqlama

Atatürk belə 11 il gözlədi - Kalından kritik açıqlama

 

Əsas sual Ayasofyanın niyə 1934-cü ildə muzeyə çevrilməsidir. Cümhuriyyət 1923-cü ildə quruldu, Atatürk belə 11 il gözlədi. Bu məsələ tarixi baxımdan araşdırılmalıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Ayasofya o dövrdən bəri müsəlmanlar üçün vacib mövzu olub: "Dəfələrlə onun məscidə çevrilməsi ilə bağlı çağırışlar səslənib. Ayasofya əvvəlcə kilsə, sonra məscid, sonra bir muzey kimi istifadə edilib və indi yenidən məscid kimi istifadə olunacaq. Ayasofyanın funksiyasına ən yaxını ibadət yeri olmasıdır. Müsəlmanlar, xristianlar, inanclılar, mömin olmayanlar - hamı ziyarət edə biləcək, heç kim üçün məhdudiyyət qoyulmayacaq. UNESCO-nun açıqlamasını da gördük. Başa düşmək çətindir, niyə Ayasofya məscid kimi istifadə olunmağa başlanandan "dünya irsi" statusunu itirsin? Bu məscidlərə qarşı ayrı-seçkilikdirmi? Bu qərar qəbul edilsə, UNESCO-nun meyarları şübhə altına alınacaq", - deyə Ərdoğanın sözçüsü qeyd edib.

Mənbə: teleqraf.com