Tramp pandemiya dövründə ilk dəfə maska istifadə edib

Tramp pandemiya dövründə ilk dəfə maska istifadə edib

 

ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası dövründə ilk dəfə tibbi maskada görünüb.

APA “TASS”-a istinadən xəbər verir ki, amerikalı dövlət başçısı Vaşinqtonun kənarında yerləşən, döyüş bölgəsində yaralanan hərbçilərin də müalicə olunduğu “Walter Reed” xəstəxanasına baş çəkib.

Tramp tünd mavi rəngli maskadan istifadə edib. Maskanın yan tərəfində qızılı rəngdə prezident möhürü olub.

“Düşünürəm ki, maska ​​taxmaq əladır. Mən heç vaxt maskalara qarşı olmamışam. Ancaq hər şeyin vaxtı və yeri var”, - deyə Tramp jurnalistlərlə söhbətində bildirib.

Qeyd edək ki, Tramp buna qədər ictimai yerlərdə maskadan istifadə etməyib.

Mənbə: apa.az