Cəbhədə nə baş verir? – MN-dən açıqlama

Cəbhədə nə baş verir? – MN-dən açıqlama

Düşmənin Goranboy və Tərtər rayonu istiqamətində hücum etməsi və ordumuzun əks-hücumla Murov istiqamətindəki strateji yüksəklik olan "Güzgü"nü düşməndən azad etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu sözləri Axar.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Vaqif Dərgahlı deyib.

O, ictimaiyyəti belə əsassız, yalan məlumatlara inanmamağa çağırıb və hazırda Ordumuzun cəbhə xəttində vəziyyətə nəzarət etdiyini, cəbhədə sakitlik olduğunu vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Ordumuzun işğal altında olan Murov istiqamətindəki strateji yüksəklik olan "Güzgü" yüksəkliyini düşməndən azad etdiyi, erməni ordusunun ciddi itki verdiyi barədə məlumatlar paylaşılmaqdadır.

Mənbə: axar.az