"Elman Rüstəmov burnunu sallaya-sallaya danışır, heç nə də anlamaq olmur"

"Elman Rüstəmov burnunu sallaya-sallaya danışır, heç nə də anlamaq olmur"

“Bankda hesab açırsan, zəhmət çəkib iş görürsən, pul köçürdürlər, qəfildən bank bağlanır, pul da batır. Deyirsən, niyə də axı? Deyirlər, sən sahibkarsan, əmanət olsaydı, qaytarardıq. “Amrahbank”da biraz pulum qalıb, Kapital Bank verməliydi guya, vermədi. Mən hələ yaxşı qurtarmışam, məbləğ azdır, eləsi var milyondan çox pulunu ala bilmir”.

KONKRET.az xəbər verir ki, bunu jurnalist Elməddin Muradlı deyib.

E.Muradlı bildirib ki, artıq başqa bankla əməkdaşlıq edir: “Hesaba pul köçən kimi SMS gəlir, dərhal gedib çıxardıram. Bizim banklara etibar yoxdur. Elman Rüstəmov burnunu sallaya-sallaya danışır, heç nə də anlamaq olmur. Başa salmaq olmur ki, a kişi, pul puldur də, fərqi nədir, özüm əmanət qoydum, yoxsa başqası göndərdi. Pulumu kim yedisə, haram xoşu olsun. Dindirəndə də deyirlər, qanunda belədir. O qanunu yazan da elə siz ağıldadır.

Sonra da deyirlər, nağdsız əməliyyatlara üstünlük verin. Sizin nağd dediyiniz söhbət mənə nisyə kimi görünür, hörmətli maliyyə sektoruna nəzarət edən cibgirlər…” /Pravda.az/

Mənbə: konkret.az