Qazaxıstan Rusiyadan həkimlər istədi

Qazaxıstan Rusiyadan həkimlər istədi

Rusiyanın Həştərxan vilayətindən koronavirusa qarşı mübarizədə dəstək olması üçün Qazaxıstana həkimlər və humanitar yardım göndəriləcək.

Axar.az xəbər verir ki, bu barədə qubernator İqor Babuşkin məlumat yayıb.

Onun sözlərinə görə, regionda koronavirusla mübarizə üçün həkim çatışmazlığı əsas problemə çevrilib:

“Xüsusilə bu sahədə mübarizə üçün infeksionist, reanimatoloq, anestezioloq, epidemioloq, pulmonoloqa ehtiyac var və bunlar da məhdud sahələrdir. Qazaxıstana 5 təcrübəli həkim gedəcək”.

Qubernator qeyd edib ki, həkimlərin maaşını, qalmaq və səfər xərclərini Qazaxıstan öz üzərinə götürüb.

Mənbə: axar.az