Rusiyada qubernatorun həbsi səbəbilə on minlərlə insan küçələrə axışdı

Rusiyada qubernatorun həbsi səbəbilə on minlərlə insan küçələrə axışdı

Rusiyanın Xabarovsk vilayətində insanlar qubernatorun həbs edilməsi səbəbilə etiraz aksiyası keçirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkə vasitəsilə yayılıb. On minlərlə insan küçələrə çıxaraq Xabarovsk vilayətinin qubernatoru Serqey Furqalın həbs edilməsinə qarşı etiraz ediblər. Aksiyada Rusiya prezidentinə qarşı “Oğru Putin” və bənzəri şüarlar səsləndilib. Qeyd edək ki, bir neçə gün əvvəl Sergey Furqal Rusiyanın xüsusi xidmət orqanları tərəfindən həbs edilib. O, 2004-2005-ci illərdə bir neçə sahibkarın qətlində təqsirli bilinir.

Rusya'nın en doğusunda bulunun Habarovsk'ta, valinin gözaltına alınmasını protesto eden onbinlerce Rusya vatandaşı "Hırsız Putin" sloganları atıyor..pic.twitter.com/QNyHLXP0zi

Mənbə: www.yeniavaz.com