İranlı rəsmi: “Artıq uşaqlarla yeniyetmələr arasında koronavirusa yoluxma və ölüm hallarının şahidi oluruq”

İranlı rəsmi: “Artıq uşaqlarla yeniyetmələr arasında koronavirusa yoluxma və ölüm hallarının şahidi oluruq”

Öz çıxışında Əlbürz əyalətində “Covid-19” infeksiyasının sürətlə yayılmaqda olduğunu vurğulayan Hüseyn Kərim deyib ki, koronavirusa qarşı daha səmərəli mübarizə aparmaq üçün əyalətin “İmam Əli”, “Kövsər” və “İmam Hüseyn” xəstəxanaları yeni tibbi avadanlıqlarla təchiz ediləcək: “Bütün pronozlar göstərir ki, koronavirusun ikinci dalğası birinci dalğadan daha ağır və ziyanverici olacaq.
Təəssüflər olsun ki, biz hazırda Əlbürz əyalətində və bir sıra digər əyalətlərdə artıq uşaqlarla yeniyetmələr arasında koronavirusa yoluxma və ölüm hallarının şahidi oluruq. Elə buna görə də hesab edirəm ki, bu kimi halların qarşısını almaq üçün daha diqqətli olmalı, ciddi tədbirlər görməliyik.
Biz, Əlbürz əyalətində pandemiya yoluxucu xəstəliyi ilə bağlı əhalini maarifləndirməli və bu xüsusda bütün təbliğat imkanlarımızdan faydalanmalıyıq. İnsanlar isə xəstəlikdən qorunmaq üçün edilən xəbərdarlıqları ciddiyə almalı, Koronavirusla Mübarizə Qərargahının bununla əlaqədar etdiyi tövsiyələrinə əməl etməlidirlər” -deyə, Əlbürz Tibb Universitetinin rektoru Hüseyn Kərim əlavə edib.

Mənbə: davam.az