Putin qubernatoru həbs etdirdi, etirazlar başladı - VİDEO

Putin qubernatoru həbs etdirdi, etirazlar başladı - VİDEO

İyulun 9-u səhər saatlarında Rusiya İstintaq Komitəsi və FSB əməkdaşları Xabarovsk ərazisinin qubernatoru Sergey Furqalı saxlayıblar...

Sergey Furqal 2004-2005-ci illərdə Xabarovsk ərazisi və Amur bölgəsində sahibkarlara qarşı bir sıra cinayətdə və cinayət təşkilində şübhəli bilinir.

Sergey Furqal Jirinovskinin rəhbərlik etdiyi Liberal Demokrat Rusiya Partiyası (LDPR) üzvüdür. Keçən il regionun parlament seçkilərində LDPR 56% səs toplayaraq qələbə çalıb.

İyulun 11-də Xabarovskda Sergey Furqalın müdafiəsi üçün təşkil edilən etirazlara 35 min insan toplanıb. Bu, bölgə tarixində ən böyük nümayiş olub.

Aksiyaçılar müxtalif şüarlar səsləndiriblər: “Bura bizim torpağımızdır!”, “Moskva, çıx get!”, “Furqala azadlıq!”, “Mən/biz Furqalıyıq” və s.

"15 ildir cinayətlərin niyə araşdırılmadığı tamamilə anlaşılmazdır. İndi isə həbs edirlər. Onun günahı məhkəmədə sübut edilməlidir, amma bütün prosesi öz gözlərimizlə görmək istəyirik. Məhkəmə prosesi açıq keçirilməlidir”, deyə bir etirazçı bildirib.

pia.az

Mənbə: pia.az