Ayasofyanı hər dindən olan insan ziyarət edə biləcək

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik Ayasofya məscidində universal mədəni mirasın qorunacağını bildirib.

Publika.az xəbər verir ki, o, “Twitter”dən etdiyi paylaşımda deyib:

“Ayasofyanın ibadətə açılması qərarı verildi. Türkiyə dünya mirasını qorumaqda və başqa dinlərin ibadət məkanlarına hörmət göstərməkdə ən alınıaçıq ölkədir. Dünyada həm universal mirası təmsil edən, həm də ibadətə açıq olan çox məkan var. Ayasofyaya hər dindən olan insanın ziyarət məqsədiylə daxil olması mümkündür. Bu qədim ibadətgahın universal mədəni mirası qorunacaq. Xalqımızın həsrəti gözündə qalmadı. Dövlətimiz bunu suverenlik haqqına uyğun hüquqi, doğru qərarla reallaşdırdı. Ölkə başçısımızın mesajları aydındır. Bu qərardan xoşlanmayan dövlətlər ola bilər. Bizi maraqlandıran öz xalqımızın nə dediyi, nə istədiyidir. Bu qərarı bəyənməyən dövlətlərin mədəni və hüquqi səbəbləri yoxdur, yanaşmaları siyasidir."

Qeyd edək ki, Türkiyə prezidenti R.T.Ərdoğan Ayasofya ilə bağlı: “Bu, bizim daxili məsələmizdir, digər ölkələrə ancaq alınan qərara hörmət göstərmək düşər", - deyib.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Sahil Kərimli: Qüdrətli Azərbaycan Ordusu yenə düşmənə öz gücünü göstərdi

SONRAKI XƏBƏR

DTX “Baku Steel Company”də araşdırmalara başladı – Rasim Məmmədovun başı dərddə