Kaşıkçı cinayətinin əsas şübhəlisi vəliəhd şahzadədir - BMT rəsmisi

BMT-nin məhkəmədənkənar qətllərlə bağlı xüsusi məruzəçisi Anyes Kalamar, Məhəmməd bin Salmanın qətlin sifariş edilməsi və təhrik edilməsi baxımından əsas şübhəli olduğunu deyib...

BMT rəsmisi, Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın 2018-ci ildə İstanbulda Səudiyyəli jurnalist Camal Kaşıkçının öldürülməsi işində əsas şübhəli olduğunu deyib.

Anadolu Agentliyinə verdiyi müsahibədə, BMT-nin məhkəmədənkənar qətllərlə bağlı xüsusi məruzəçisi Anyes Kalamar, Məhəmməd bin Salmana qarşı sübutları olmasa da, qətlin sifariş edilməsi və təhrik edilməsi baxımından onun əsas şübhəli olduğunu deyib.

"Bir il qabaq verilən məlumata əsasən inanıram ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) bu işlə bağlı məlumatı ola bilər" dedi.

Camal Kaşıkçı Səudiyyə konsulluğuna girəndən qısa müddət sonra bir qrup Səudiyyə əməliyyatçısı tərəfindən öldürülmüş və hissələrə doğranmışdı. Onun cəsədi indiyəcən tapılmayıb.

Tərcümə Qlobus teleqram kanalına aiddir. Kanala abunə olun, dünya xəbərləri ilə ilk siz tanış olun...

pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

“Maska taxın” deyən avtobus sürücüsü öldürüldü

SONRAKI XƏBƏR

Tovuzlular orduya dəstək üçün sərhədə axışdı