Misir Prezidenti mədən sənayesinin inkişafı strategiyasının hazırlanmasını tapşırıb

Qahirə, 12 iyul, AZƏRTAC

Misir Prezidenti Əbdülfəttah əl-Sisi ölkənin Baş Naziri Mustafa Mədbuli və Neft və Mineral Ehtiyatlar naziri Tarik Əl-Mollaya mədən sənayesinin inkişafı üzrə əhatəli strateji plan işlənib hazırlanması tapşırığını verib.

AZƏRTAC Misir Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, strateji plan müxtəlif sahələri, xüsusən mineral ehtiyatlar, neft kimyası, qaz hasilatını ehtiva edəcək. Bu kontekstdə emal sənayesinin inkişafı ön planda olacaq. Misir Prezidenti yeni təbii qaz yataqlarının kəşfi və istismarı üzrə qlobal neft-qaz şirkətləri ilə əməkdaşlığın daha da gücləndirliməsinin zəruriliyini vurğulayıb. O, əhalinin mavi yanacağa olan tələbatının tam ödənilməsi barədə də göstəriş verib.

Misirin dövlət başçısına Şərqi Səhra ərazisində yerləşən “İqat” qızıl mədənlərinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd olunub ki, bu mədənlərin istismarı dövlət xəzinəsinə yüz milyonlarla dollar məbləğində gəlir gətirəcək.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Şəhid olan daha bir hərbçimizin fotosu yayıldı — FOTO

SONRAKI XƏBƏR

Bərdədə 23 yaşlı oğlan sevdiyi qızın atası tərəfindən güllələndi