Çinin ilk batiskaf daşıyan gəmisi

Çinin "Tansuo-2" gəmisi gəmiqayırma zavodunu tərk edərək Xaynan əyalətinin Nanşan limanına gəlib.

Milli.Az seanews.az-a istinadən bildirir ki, gəmi limana dənizin dərinliyində çalışan "Fendouzhe" pilotlu batiskafını çatdırıb.

"Tansuo-2" gəmisi əvvəllər mühəndis gəmisi kimi fəaliyyət göstərirdi. Lakin sonradan gəmi modernləşdirilərək batiskaf daşıyıcısı kimi fəaliyyət göstərməyə başladı. Sözügedən batiskaf dənizin 10 min metr dərinliyinə qədər enə bilir.

"Tansuo-2" gəmisinin uzunluğu 87.2, eni isə 18.8 metr, suya oturumu 6.7 min ton, sürəti isə 14.2 uzeldir.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Misir Prezidenti mədən sənayesinin inkişafı strategiyasının hazırlanmasını tapşırıb

SONRAKI XƏBƏR

Alimlər Günəş sisteminin cazibə mərkəzini tapıb