Türkiyə xalqından Azərbaycana dəstək: #SeninleyizAzerbaycan - FOTO

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Hazırda həmin istiqamətdə döyüşlər davam edir. 

Təbii olaraq, sosial şəbəkələrdə hazırda ən çox müzakirə olunan, paylaşılan mövzulardan biri Tovuzda baş verənlərdir.

Oxu.Az xəbər verir ki, döyüş xəttində baş verənlər təkcə azərbaycanlılar deyil, qardaş Türkiyə xalqı tərəfindən də həyəcanla izlənilir. “Twitter” sosial şəbəkəsinin türkiyəli istifadəçiləri bu məqsədlə həştəq yaradıblar: #SeninleyizAzerbaycan. 

Həştəq hazırda trenddə ilk sıralarda yer alıb.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Təbrizdən Azərbaycana müharibə üçün dəstək - VİDEO

SONRAKI XƏBƏR

Bakıda minlərlə insan küçəyə axışdı - QARABAĞ/VİDEO