Türkiyə XİN: “Ermənistanın Azərbaycan sərhədinə silahlı hücumlarını şiddətlə qınayırıq”

“Erməni silahlı qüvvələrinin  Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətinə silahlı hücumlarını şiddətlə qınayırıq. Həyatını itirən Azərbaycanlı şəhidlər üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik”. 

APA-nın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən verilən bəyanatda belə bildirilib.

Qeyd olunub ki, Ermənistanın təcavüzkar milliyyətçilik anlayışının yeni təzahürü olan bu hərəkətinə Azərbaycan tərəfindən layiqli cavab verilməsi təcavüzün cavabsız qalmadığının  göstəricisidir: “Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini illərlə qanunsuz  işğal etdiyi Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətraf ərazisindən başqa yerlərə çəkmək və bu münaqişənin siyasi dialoq yolu ilə həllinə mane olmaq cəhdlər nəticəsiz qalmaqdadır”.

Bəyanatda daha sonra bildirilib ki, Ermənistan bu cür təhlükəli taktikalardan əl çəkməli,  qanun və məntiq yolunu seçməlidir:  “Avantürizmi qəbul etməklə Ermənistan bir daha  zəifliyini ortaya qoyur və bölgəmizdə sülhə, sabitliyə ən böyük maneə yaradır”.

Ümid edirik ki, Ermənistanın daha bir təcavüzkar hərəkətini ört-basdır etmək cəhdləri  beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək.

Türkiyə bütün imkanları ilə Azərbaycanın ərazi bütövlüyünü qorumağa davam edəcək”.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda minlərlə insan küçəyə axışdı - QARABAĞ/VİDEO

SONRAKI XƏBƏR

Bakıda Qarabağ yürüşü keçirildi — İcra başçısı aksiyaçıların qarşısına çıxdı (FOTOLAR)