Sosial şəbəkələrin erməni seqmentində real vəziyyət – FOTOFAKTLAR

Sosial şəbəkələrin erməni seqmentində real vəziyyət     – FOTOFAKTLAR

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

 

Qeyd etdiyimiz kimi Ermənistan Müdafiə Nazirliyi hələ də real döyüş itkiləri barədə məlumatları gizlədir. Sosial şəbəkələrin erməni seqmenti Ermənistan MN-in mətbuat katibi Şuşan Stepanyanın yaydığı məlumata skeptik yanaşırlar və itkilərin açıqlanmamasına biganə qalmırlar.
Gün ərzində sosial şəbəkələrin erməni seqmentində yayılan həqiqi və real məlumatlarla sizləri tanış edəcəyik.
Şuşan Stepanyanın sosial şəbəkədə yazdığı məlumatın şərh bölümündə erməni istifadəçilərdən biri qeyd edir:

"Mənim dostum ölüb, siz isə zarafat edirsiniz"


Təxribatçı erməni istifadəçilər 2016-cı ilin Aprel döyüşlərinə məxsus görüntüləri yeni kadrlar kimi təqdim etməyə çalışır.


Deyirlər 28 əsgər ölüb


Siz insanları aldadırsınız, mənim qohumum orada xidmət edir, bizim 30-dan çox itkimiz var


Bəs niyə bizim itkilərimiz barədə heç bir şey demirlər? Gizlədin, gizlədin və xalqı aldadın.


Bəs bizim sevimli Rusiyamız haradadır? Xatırlatmaq lazımdır ki, biz KTMT-nin üzvüyük


Siz azərbaycanlılardan betər yanlış məlumat yayırsınız


UAZ-ın içində partlayıcı maddə ola və pis sonlana bilərdi. Bu qədər irəli gəlmək nə üçündür?


Səhər saat 10 radələrində zəlzələ hiss etdik, günortaya yaxın da atışmalar başladı.


Nikol, bir əsgərin tükü əyilsə cavab verəcəksən



Onlar daha güclü zərbəyə hazırlaşırlar. Bununla sadəcə sayıqlığı yoxlayırlar.



Azərbaycan tərəfi çox doğru zamanda Ermənistana hücum etdi. Mən də Əliyevin yerində olsaydım eyni şeyi edərdim.



Valya Ştoyan - 1 mülki vətəndaşımız yaralanıb?

Davit Torosyan - mənbə varmı? Kəndlərə atəş edilmir, mövqelər arası mübarizə gedir

Əgər varsa yaralılar və vəziyyət barədə niyə məlumat verilmir?



Torosyan - indiki məqamda yaralı yoxdur ən azı yarım saat əvvəl olan məlumata görə hospitala aparılmış yaralı yoxdur



"Miasin" adlı "Facebook" istifadəçisi olan keşiş də bildirib ki, yaşayış məntəqələrində əhali arasında problem yoxdur, yaşayış məntəqələri atəşə tutulmayıb.



Qayane Stepanyan - Onlar tərədən 1 hərbi qulluqçu ölüb
Van Vah - Təəssüf ki,.... bizim də yaralılarımız var
Alpər Mövludoğlu
Ordu.az

Mənbə: buta.ws