ATƏT-in xüsusi nümayəndəsi işə qarışdı - Cəbhədəki vəziyyətlə bağlı

ATƏT-in xüsusi nümayəndəsi işə qarışdı - Cəbhədəki vəziyyətlə bağlı

ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kasprşiklə Ermənistan müdafiə naziri Davit Tonoyanın telefon əlaqəsi olub.

KONKRET.az-a daxil olan məlumata görə, tərəflər cəbhədəki gərginliklə bağlı məsələləri müzakirə ediblər.

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Hazırda cəbhə xəttində vəziyyət gərgin olaraq qalır.

Mənbə: konkret.az