Ermənistanın növbəti təxribatının qarşısı Azərbaycan Republikasının Silahlı Qüvvələri tərəfindən layiqincə alındı

Ermənistanın növbəti təxribatının qarşısı Azərbaycan Republikasının Silahlı Qüvvələri tərəfindən layiqincə alındı

Ermənistanın beynəlxalq hüquq normalarını kobud və nümayişkarənə şəkildə pozması düşmən dövlətin daxili və xarici siyasətində baş verən böhrandan xəbər verir. Beləki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrininbölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəsrejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməkləmövqelərimizi atəşə tutublar. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbiqulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Azərbaycan ordusunun Aprel döyüşlərində əldə etdiyi şanlıqələbə, eləcə də Naxçıvan əməliyyatı düşmən tərəfini qorxuya saxlamaqla bərabərdaxildə baş verən hərcmərcliyin artmasına və xarici siyasətdə məğlubiyyətə gətiribçıxarmışdır. Tovuz istiqamətində düşmənin mövqə ələ keçirmək istəməsi və məlumməğlubiyyəti pandemiya dövründə dövlətin ağırlaşan iqtisadi vəziyyətini diqqətmərkəzindən yayındırmağa çalışmaqdan başqa bir əhəmiyyət kəsb etmir. Erməni tərəfininbugünkü təxribatı və məğlubiyyəti bir daha Azərbaycan ordusunun gücünü, Azərbaycanəsgərinin əzm və rəşadətini nümayiş etdirdi.

Tovuz rayonu istiqamətində baş vermiş hadisə ermənilərinməkrli siyasətini təzahür etdirir. Təcavüzkar siyasətini özlərinin təhlükəsizlikstrategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradanqaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindənçıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinəxidmət etdiyini açıq şəkildə nümayiş etdirir.

Həmçinin Ermənistan bu kimi təxribatçı əməlləri iləxarici siyasətdə münaqişəyə digər dövlətləri cəlb etməklə məğlub ordusununqoruya bilmədiyi ərazisində və işğal altında olan torpaqlarımızda “dayaq”yaratmağa çalışır. Ermənistan tərəfinin verdiyi sərsəm və heç bir reallığı əksetdirməyən məlumatlar da beynəlxalq ictimayyəti çaşdırmağa çalışmaqdan başqabir şey deyildir. Qeyd edək ki, Azərbaycanın həyata keçirdiyi qətiyyətli xaricisiyasət beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasəti ilə bağlıtutduğu mövqeyini olduğu kimi göstərir.

Aprel döyüşlərində, Naxçıvan əməliyyatında vəbugünkü Tovuz istiqamətində geden döyüşlərdə olduğu kimi torpaqlarımızın azadedilməsi uğrunda gedən son döyüşdə də qələbə bizim olacaq. Bu günkü düyüşdə məğlubiyyətidüşmən əvəldən anlayırdı və bu onların məkrli siyasətinin son akkordlarındanbaşqa bir şey deyildir.

 

Ülvi İbrahimli

“Azərbaycan Veteranı” qəzetinin baş redakoru

 

 

Mənbə: moderator.az