Azərbaycanın daha 200 vətəndaşı Gürcüstandan təxliyəsi həyata keçirilir

Azərbaycanın daha 200 vətəndaşı Gürcüstandan təxliyəsi həyata keçirilir

 

Gürcüstanı pandemiya səbəbindən tərk edə bilməyən 200 Azərbaycan vətəndaşının Vətənə təxliyəsi həyata keçirlir.

Metbuat.az xəbər verir ki, vətəndaşlar Azərbaycanın bu ölkədəki səfirliyinin binası qarşısına toplaşır.

Onlar xüsusi ayrılmış avtobuslarla səfirlik əməkdaşlarının müşayiəti ilə Gürcüstan-Azərbaycan sərhədindəki "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə çatdırılacaq. Ölkə ərazisinə daxil olandan sonra vətəndaşlara yaşadıqları yerə çatmaq üçün bir günlük icazə veriləcək.

Qeyd edək ki, bundan öncə Azərbaycan 178 vətəndaşının Gürcüstandan təxliyəsini təmin edib.

 

 

Mənbə: metbuat.az