Türkiyədən Azərbaycan ordusuna dəstək- #SeninleyizAzerbaycan

Türkiyədən Azərbaycan ordusuna dəstək- #SeninleyizAzerbaycan

Türkiyə vətəndaşları Twiterdə yaratdığları həştəqlə Azərbaycana dəstək nümayiş etdirdi.

Iyulun 12-də Azərbaycan-Ermənistan təmas xəttində , Ermənistan ordusunun törətdiyi təxribatın qarşısını almağa çalışan ordumuza Türkiyə vətəndaşları twitterdə dəstək olmağa başlayıblar. Ötən günün ikinci yarısından sonra twitterdə #SeninleyizAzerbaycan adı ilə yaradılan həştəq sosial şəbəkədə ən çox paylaşınlar sırasına daxil olub.

Qeyd edək ki, gecə saatlarında Türkiyə Xarici İşlər Nazirliyi də təmas xəttindəki vəziyyətlə bağlı açıqlama yayıb. Türkiyənin daim Azərbaycanın yanında olduğu və törədilən təxribata görə Ermənistanı şiddətlə qınadıqları bildirilib.

 

Mənbə: www.realtv.az