Məşhurlardan kimisi cəbhədəki gərginlik, şəhid xəbərlərindən yazdı, kimisi Ağdam kəndinə yollandı

Məşhurlardan kimisi cəbhədəki gərginlik, şəhid xəbərlərindən yazdı, kimisi Ağdam kəndinə yollandı

Məşhurlardan kimisi cəbhədəki gərginlik, şəhid xəbərlərindən yazdı, kimisi Ağdam kəndinə yollandı...

 

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərini ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. İntensivləşən döyüşlər nəticəsində Azərbaycanın 3 hərbiçisi şəhid olub.

Tanınmışlar da sosial şəbəkələrdə cəbhədəki gərginlik, şəhid xəbərləri ilə bağlı paylaşımlar edib. Musavat.com onlardan bir neçəsini təqdim edir.

Xalq artisti Aygün Kazımova şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralananlara isə tezliklə şəfa diləyib.

Əməkdar artist Aybəniz Haşımova şəhid acısına yaxından bələd olduğunu yazıb:
"Şəhid anasından, şəhiddən, o yardan mən də görmüşəm. Bilirəm bunun ağrısını, bu dərd mənə tanışdır. Əlin quruyardı düşmən, ona güllə atdığın yerdə!"

Ədalət Şükürov "Başın sağ olsun Azərbaycan" paylaşımını edib.

Əməkdar artist Elza Seyidcahan vətənə həsr etdiyi "Azərbaycan odası" mahnısını paylaşıb.

Tanınmış məşqçi Kamil Zeynallı isə Qarabağ qazisi Kamil Musəvi ilə birgə döyüşlərin intensivləşdiyi Tovuzun Ağdam kəndinə yollanıb. Bununla bağlı öz "İnstagram" səhifəsində video paylaşım edən Kamil Zeynallı şəhidlərimizə Allahdan rəhmət diləyib və hər kəsi dövlətin, əsgərlərimizin yanında olmağa çağırıb.(musavat.com)

 

Mənbə: pia.az