Şəhid verdiyimiz Ağdam kəndindən reportaj - FOTO

Şəhid verdiyimiz Ağdam kəndindən reportaj - FOTO

Tovuz rayonun düşmənlə təmas xəttində yerləşən Ağdam kəndində vəziyyət hazırda sabitdir.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, dünən gecədən fərqli olaraq hazırda ara-sıra silah səsləri eşidilir.

Milli ordumuz düşmən təxribatına qarşı layiqli cavabını verib. Kənddə isə həyat öz axarında davam edir.

İnsanlar normal həyatlarını yaşayır, əkin-biçin, təsərrüfat işləri ilə məşğul olur.

Məlumat üçün bildirək ki, Tovuz rayonunun Ağdam kəndi işğalçı Erməni silahlı qüvvələrinin mövqelərinə ən yaxın kəndlərdən biridir.

BAKU.WS

Mənbə: baku.ws