Rəhim Qazıyevin səs yazısına hərbi ekspertdən cavab – Ayıb deyilmi?

Rəhim Qazıyevin səs yazısına hərbi ekspertdən cavab – Ayıb deyilmi?

Xəbər verildiyi kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşmişib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artileriya atəşinə tutub.Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.

Bu vəziyyətdə ölkə daxili ictimai fikri qarışdırmaq, təxribat xarakterli xəbər yaymaq tendensiyası da həmişəki kimi davam edir. Dunən axsam messencerdə Tovuzda düsmənlə sərhəddə bas vermis son döyuslər barədə 1992-1993-cü illərdə müdafiə naziri olmuş, ictimai rəydə Şuşanın müdafiəsinin düzgün qurulmamasında günahlandırılan Rəhim Qazıyevin səs yazısi yayılıb. Rəhim Qazıyev bəyan edir ki, onun hadisə yerindən aldığı "səhih məlumatlara görə" düşmənin hücumu nəticəsində guya bizim quvvələr geriyə çəkilmiş və çoxsaylı itkimiz olmusdur: "Camaat panika içərisindədir. Orqanlar iflic olub. "Boz qurd" Etibar xalqa muraciət edib....”

Tərlan Eyvazov

Bizimyol.info-ya danışan hərbi ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov bildirb ki, Ermənistan rəhbərliyi xalqın müsbət rəyini almaq üçün bu addımı atıb: "Neytral zonaya girib ordan Azərbaycan ordusuna atəş açıblar. Ordumuz onlara çox layiqli cavab verib və Paşinyana bu fürsəti qazandırmayıb. Çox güclü şəkildə ağır texnika ilə düşmənə cavab verilib .Və bu, belə olmalıydı. O ki, qaldı Rəhim Qazıyevin səs yazısına. 1991-ci ildə, Rəhim bəyin cox populyar olduqu zaman respublika Əfqan veteranlarının orqanı "Mubarizə" qəzetində ona açıq məktub unvanladim. Orada cox yumşaq səkildə onun hərbi islerdə mutəxəssis olmadıģını nəzərə alıb, bu işin pesakarlara buraxilmasini tövsiyə etdim. Ən azindan 11 ay nazir olan kəs bilmədir ki, heç vaxt, səlahiyyəti olmayan kəslərin informasiyasina güvənilməz. Ara sıra oz Əfqanistan sərgüzəştləri barədə danışan Etibarın dediklərinə güvənilməz. Rəhim Qazıyev çıxışının sonunda hakimiyyəti söyərək deyir, birləsib bu rejimden yaxa qurtarmalıyıq. Sual edirəm. Rəhim bəy, necənci dəfə başımıza corab hörmək istəyirsən? Ayıb deyilmi? Məcbur edirsən yazam ki, a kisi bir öz qohumlarınla səxsi problemlərini çöz, sonra millətin hayına qal. O zaman deyil axi. Hec olmasa susmaģı bacar Rəhim Qazıyev. İnan ki, bununla bu muqəddəs isimizə daha cox kömek etmiş olardın”. Ekspert bildirb ki, bütün dünya dövlətləri Azərbaycanı suveren dövlət kimi tanıyır. Bizim bu an ordumuzun köməyilə düşmənə qalib gəlməyə, geri oturtmağa həm hüququmuz, həm də gücümüz yetər.Onların bir yolluq qulağını kəsməliyik ki, bir daha ayaqlanmasınlar. İndi ordumuz Aprel döyüşlərindən daha güclü şəkildə cavab verir. Ordumuz öz alovunu düşmənin üstünə tökür.Bu ermənidir, o nə qanun tanıyır, nə müqavilə.Komandan əmr edərsə, biz erməninin layiqli cavabını verməyə hazırıq. Amma hesab edirəm ki, bu döyüşlər bir neçə gün sonra dayandırılacaq. Çünki indi müharibə zamanı deyil”.

İlhamə Rəsulova

Mənbə: www.bizimyol.info