ABŞ və Qərb İran-Çin yaxınlaşmasından narahat olub

ABŞ və Qərb İran-Çin yaxınlaşmasından narahat olub

 

Eastnews.org-un verdiyi xəbərə görə, Amerikanı məşhur qəzeti İran və Çinin 25 illik sənədləri haqqında məqalə dərc edib.

 

Məqalədə qeyd olunub ki, bu strateji tərəfdaşlıqdan Tehran və Pekinin məqsədi hər iki ölkənin Qərbə alternativlərinin olduğunu göstərməkdir.


"The Wall Street Journal" hərtərəfli İran-Çin razılaşması barədə məlumat verib:

 

"Tehran və Pekin ABŞ-ın hər iki ölkəyə iqtisadi təzyiqini azaltmaq üçün geniş strateji tərəfdaşlıq qurmaq üçün çalışırlar. ABŞ-ın sanksiyaları nəticəsində İranı iqtisadi təcriddən çıxartacaq bir razılaşma əldə olunub. İran parlamenti tərəfindən təsdiqlənməli olan sazişin şərtlərinə görə Çin İranın neft ehtiyatlarından, İran isə Çin sərmayəsindən faydalanacaq".

 

Məlumata görə, Qərb analitikləri İran-Çin anlaşmasının məqsədinin hər iki ölkənin Qərbə alternativlərinin olduğunu göstərmək olduğunu deyib.

 

Qərb mediasının İran-Çin razılaşması barədə verdiyi xəbər, sənədin hələ hər iki tərəf tərəfindən rəsmi olaraq açıqlanmadığı bir zamanda yayımlanıb.

Mənbə: FNA

Mənbə: eastnews.org