Azərbaycandakı bəzi siyasilər Ermənistanın maraqlarına xidmət edirlər

Azərbaycandakı bəzi siyasilər Ermənistanın maraqlarına xidmət edirlər

"Ermənistan sərhəddin Tovuz istiqamətində ordumuza qarşı hücuma keçib, artilleriyadan istifadə edir. Özlərini hakimiyyətə müxalifət sayan bəzi şəxslər isə ermənilərin bu təxribatını qərəzli, riyakarcasına şərh edirlər". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, radikal müxaalifətin yanaşmasına görə, guya Azərbaycan hakimiyyəti sosial gərginliyi cəbhəyə yönəltməklə, müharibə ilə manipulyasiya edir: " Çox riyakarcasına danışırlar. Azərbaycanın Ermənistanla sərhəddə təxribat etməsinə nə ehtiyac var? Həmin istiqamətdə hücum etməyimiz KTMT və digər ölkələrin tənqidinə tuş gəlməkdi. Burada mən heç kimi müdafiə etmirəm. Bu məsələ elədir ki, burada iqtidar-müxalifət anlayışı olmamalıdır. Amma, bəzi aktiv siyasilər cəmiyyətdə fikir ayrılıqları yaradaraq Ermənistanın maraqlarına xidmət edirlər".

Politoloq deyib ki, belə yanaşma diledant, Ermənistanın informasiya siyasətinə dəstək verməkdir: "Bununla müxalifətçilik olmur. Ya onların savadları yoxdur, ya da axmaqcasına hərəkət edirlər. Azərbaycan hakimiyyəti bunların dedikləri kimi hərəkət edərdisə, işğal olunmuş ərazilərdə hücuma keçib bir neçə strateji nöqtəni ələ keçirib reytinqini yüksəldərdi. Yoxsa, Tovuz istiqamətində dövlət sərhəddində müharibə etmək Azərbaycanın nəyinə lazımdır ki, burada şəhid versin. Şərt xaricdə oxumaq, bir neçə dil bilməkdə deyil. cətənpərvər olmadın, deməli, sən bu ölkə üçün yararsızsan".

Məhəmməd Əsədullazadə deyib ki, Milli Şura sədri Cəmil Həsənli Ermənistanın təxribatlar etməsini görmək istəmir, hər məsələdə cılız arqumentlərlə danışır: "Necə ola bilər ki, açıq şəkildə Ermənistan hücum edir, ancaq günahı Azərbaycanda görürsən. Bu vətənə xayanətdir və heç də müxalifət olub, haqlı olmaq anlamına gəlmir. Bu mövqeni yazan aktiv siyasilər vətəni satmağa hazır olanlardır. Bir daha göstərir ki, bunların demokratiya anlayışı, Sem dayının qrant siyasətinin tərkib hissəsidir. Satqınsınız. Bir daha bunun Tovuzdakı hadisələrlə bağlı yazılarınızdan gördüm".

 

Mənbə: olaylar.az