Ermənistanın "ağlaşması" başladı... – XİN-dən cavab

Ermənistanın "ağlaşması" başladı... – XİN-dən cavab

Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatçı hücum cəhdləri ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə aparılan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini şübhə altına qoyur.

Bunu Axar.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Ermənistan silahlı qüvvələrinin 12 iyul 2020-ci il tarixində iki ölkənin dövlət sərhədində törətdiyi təxribatla əlaqədar Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Hikmət Hacıyev, eləcə də XİN rəsmi bəyanat verib. Ermənistan silahlı qüvvələrinin 12 iyul 2020-ci il tarixində Azərbaycanın Tovuz istiqamətində iki ölkənin dövlət sərhədində törətdiyi təxribat ATƏT-in Minsk Qrupunun həmsədrləri başda olmaqla, dünya ictimaiyyətinə müraciətdə öz əksini tapıb”, - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Tovuz istiqamətində təxribat törədən Ermənistan bütün təbliğat vasitələrini işə salaraq, dünyaya bu hücumu Azərbaycanın gerçəkləşdirdiyini inandırmağa çalışır.

Mənbə: axar.az