Serbiya prezidenti koronavirusla bağlı etirazlardan danışdı: 50 min yeni yoluxma

Serbiya prezidenti koronavirusla bağlı etirazlardan danışdı: 50 min yeni yoluxma

 

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkədə baş verən etiraz aksiyalarına münasibət bildirib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

O qeyd edib ki, iyulun 12-də Belqradda keçirilən etiraz aksiyasında 500-dən az insan iştirak edib.

“Mənasız toplanışlar gərək deyil, heç 500 nəfər də yoxdur. Demək ki, yoluxma az olacaq. Ötən gecə onların sayı minə yaxın idi. Bu rəqəm heç vaxt böyük olmayıb - maksimal halda 4 100 nəfər. Bu rəqəmi 10-a və ya 12-yə vurduqda 50 min yeni yoluxma anlamına gəlir. Əgər özümüzü intizamlı apara bilsək, koronavirusa qalib gələrik”, - deyə, A.Vuçiç bildirib.

Mənbə: www.oxu.az