Kubalı həkimlər Azərbaycana yola düşdü

Kubalı həkimlər Azərbaycana yola düşdü

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri ilə əlaqədar bir qrup həkim Kubadan Azərbaycana yola düşüb. Azvision.az xəbər verir ki, ölkəmizə gələn heyətə 115 tibb mütəxəssisi daxildir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirmişdi ki, Kubanın dünyada bilinən mükəmməl səhiyyə sistemi var və ebola pandemiyası zamanı bu ölkənin mütəxəssisləri öz sözlərini deyiblər.

Pərvanə Sultanova
Azvision.az

Mənbə: azvision.az