Macarıstan Rusiya üçün sərhədləri açan ilk Aİ ölkəsidir

Macarıstan Rusiya üçün sərhədləri açan ilk Aİ ölkəsidir

...İyulun 15-dən etibarən Rusiyadan Macarıstan ərazisinə daxil olmağa icazə veriləcək

İyulun 15-dən etibarən Rusiyadan Macarıstan ərazisinə daxil olmağa icazə veriləcək. Müvafiq məlumat ölkənin Moskvadakı səfirliyinin Facebook səhifəsində yayımlanıb.

 

"COVID-19 ilə əlaqədar tətbiq olunan epidemioloji tədbirlər çərçivəsində Macarıstana daxil olmaq qaydaları 15 iyul 2020-ci il tarixindən etibarən dəyişdiriləcək. Macarıstan epidemioloji orqanlarının qərarına əsasən, Rusiya sarı zona ölkələri siyahısına salınıb (COVID-19 riskinə görə ölkələr "sarı" və "qırmızı" zonaya ayrılır.

 

Qeyd olunur ki, Rusiyadan gələn Macarıstan vətəndaşları və onların ailə üzvləri, habelə Macarıstan vətəndaşları olmayan şəxslər ölkəyə girdikdən sonra tibbi müayinədən keçməlidir.

 

İnterAz xəbər verir ki,koronavirusa yoluxma şübhəsi yoxdursa onlar 14 gün ərzində karantində qalmalıdır.

Mənbə: www.interaztv.com