Türkman jurnalistdən Qarabağ açıqlaması: Biz də varıq...

Türkman jurnalistdən Qarabağ açıqlaması: Biz də varıq...

Azərbaycan torpaqlarının erməni işğalı altında olması bizi çox narahat edir.

Bu sözləri Axar.az-a kərküklü jurnalist, yazar Məhməd Salehi Tovuzdakı son olaylara münasibətini bildirərkən deyib.

O, Dağlıq Qarabağ məsələsinin yalnız Azərbaycanda yaşayan soydaşlarımızı əhatə etmədiyinə diqqət çəkib:

"Türk dünyasının hər bir qarış torpağı bizim üçün önəmlidir. Biz illərdir İraqda Kərkük türkləri olaraq Qarabağın bir an öncə Azərbaycana qaytarılması üçün çağırışlar etdik, yazılar yazdıq. Türk torpaqlarının həqiqi sahiblərinə geri qaytarılması üçün var gücümüzlə mübarizə apararıq və bu işdə varıq. Dağlıq Qarabağın əsl sahiblərinə, Azərbaycana geri qaytarılacağına inanırıq. Biz İraqda sadəcə Azərbaycan demərik, "Can Azərbaycan" deyərik. Azərbaycan bizim ikinci, əslinə qalanda isə əsl ölkəmizdir. Biz oradan qopub buralara gəlmişik. Heç vaxt özümüzü Azərbaycandan ayrı görmədik. İndi də insanlarımızın ürəkləri Azərbaycan üçün atır. Bu ölkə bizim ölkəmizdir, torpağımızdır, bizimdir. Biz özümüzü Azərbaycanın bir parçası olaraq görürük”.

Mənbə: axar.az