Rusiyalı hərbi ekspert: “Ermənistan hələ ciddi hərbi-sənaye kompleksinə malik deyil”

Rusiyalı hərbi ekspert: “Ermənistan hələ ciddi hərbi-sənaye kompleksinə malik deyil”

 

Ötən həftənin əvvəlində Ermənistanda rəsmi şəkildə “Kalaşnikov” avtomatlarının yığılması zavodu açılıb. Erməni-rus hərbi-texniki əməkdaşlığına əsaslanan zavodda AK-103 model avtomatlar toplanacaq. Rusiyalı hərbi ekspert, Moskva Siyasi və Hərbi Təhlillər Mərkəzinin direktor müavini Aleksandr Xramçixin bildirib ki, Ermənistanın hərbi-sənayesində atıcı silah istehsalı olduqca aşağı səviyyədədir, atıcı silah olmadan müharibə aparmaq sadəcə mümkün deyil.

“Ermənistan ciddi hərbi-sənayeyə malik deyil. Keçmiş sovet hərbi-sənaye kompleksinin bəzi elementləri var. Bu elementlər belə desək, kontekstdən qopub. Əlbəttə, onları hər hansı şəkildə Ermənistanın maraqları üçün istifadə etmək olar, lakin Ermənistan ordusunun tələblərini təmin edəcək vahid, tam hərbi-sənaye kompleksi yoxdur və əslində onu sıfırdan qurmaq lazımdır”, - deyə Xramçixin qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az