Professor: Karantini uzatmaq olmaz

Professor: Karantini uzatmaq olmaz

“Karantini bu qədər uzatmaq düzgün deyil. Yoluxduğumuz qədər yoluxmuşuq və bunun qarşısını nəyləsə almaq mümkün deyil. Biz kollektiv immunitetin yaranmasına doğru getməliyik”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri professor Adil Qeybulla səsləndirib:

Adil Qeybulla

“Əhalinin 70 faizi günəmuzd işləyir. Gigiyenik qaydalara əməl etməklə insanlara azadlıq verilməlidir.Qapalı məkana girən insan bilməlidir ki, həm özünü həm özgəsini yoluxdurar bilər. Yalnız qızdırmanı girişdə ölçməklə yoluxmuş adamı müəyyən etmək imkansızdır. Maskasız insanların qapalı məkanlara girişini sosial diskriminasiya ilə sərtləşdirmək lazımdır. Abşerondan insanlar çıxarılmalıdır. Rayonlara gediş- gəliş açılmalıdır ki, Abşeronun yükü azalsın.Avropa ölkələrinin təcrübəsindən istifadə etməliyik. Hesab edirəm dövlət karantini uzatmamalıdır. Karantin ləğv edilməli, karantin davranışları daimi təlqin halına salınmalıdır. İnsanların psixi reabilitasiyası istiqamətində də işlər görülməlidir Maarifləndirmə və sosial müdafiə baxımından dövlət xalqın yanında olmalıdır.

Karantin pozulsa regionlarda xəstəlik yayılacaqmı? Öz işimizi düzgün qursaq yox. Bu gün Yaponiyada yoluxma sayı bizdən qat-qat azdır.Yalnız gecə barlarını bağladılar. Yalnız ona görə ki, karantin davranışlara düzgün əməl edirlər. Biz koronavirusun içərisində yaşayırıq.Yay vaxtı insanları evdə saxlamaq ciddi səhvdir. Sərt təlimatlarla insanların azadlığı geri verilməlidir”,- deyən doktor həkimlərlə bağlı yaranmış problemlərə də diqqət çəkib.

“Bu gün 33 həkimimiz xəstədir. Ona görə ki onlar 8 saat dayanmadan eyni kostyumda işləyirlər. Aylarla istirahət etməyən, evinə getməyən var. Hansısa məmurun ağılsız qərarına görə həkimlər niyə məhv olmalıdır. Düzgün təşkil edilməlidir, bu işlər. Operativ Qərargah boş- boş qərarlar verməklə yox, kompleks tədbirlər görməlidir.Tədbir nədən ibarətdir. Karantin ləğv olunmalı, təlimatlar hazırlanmalı,vətəndaşın sosial müdafiəsi hazırlanmalı, həkimlərin sosial müdafiəsi təmin olunmalıdır”.

Dərman satışlarında yol verilən dələduzluğa diqqət çəkən həkim qeyd edib ki,

“Bu gün niyə kimlərsə tanışlıqla xstəxanaya yerləşdirilirlər?Bəs xalqın qeydinə kim qalmalıdır Arbidol satanlar cəzalandırılmalıdır. Ruslar bizlərin hesabına Arbidoldan 2,4 milyon pul qazanıb.Bir yolluq bilsinlər, koronavirus situasiyon olaraq müalicə tətbiq olunur.Sabit müalicəsi yoxdur. Dərman dəllaları məsuliyyətə cəlb olunmalıdırlar”.

Mənbə: www.bizimyol.info