Putin Ukrayna ilə münasibətlərin pisləşməsinin səbəbini açıqladı

Putin Ukrayna ilə münasibətlərin pisləşməsinin səbəbini açıqladı

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə münasibətlərlə bağlı danışıb.

Vladimir Putin vurğulayıb ki, münasibətlərin pisləşməsinə səbəb Krımın ilhaq edilməsi məsələsi heç vaxt olmayıb.

"Münasibətlər Ukraynada çevriliş baş verəndən sonra pisləşdi. Biz çevrilişi dəstəkləmədik. Bundan sonra Krım yenidən Rusiyaya qayıtdı. Hal hazırda da Krım Rusiyadadır. Bunun münasibətləri pisləşdirən amil olması iddiaları yalandır", - deyə Vladimir Putin diqqətə çatdırıb.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı Krımın qanunsuz olaraq Rusiyaya birləşdirilməsinə etiraz edib və bu barədə qətnamə qəbul edib.

Mənbə: TASS

Mənbə: eastnews.org