Almaniya Avropa Birliyinə müraciət etdi - Kiberhücuma görə Rusiyaya sanksiyalar tətbiq olunsun

Almaniya Avropa Birliyinə müraciət etdi - Kiberhücuma görə Rusiyaya sanksiyalar tətbiq olunsun

Almaniya hökuməti Avropa Birliyinə müraciət edərək Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasını bildirib. Çünki rəsmi Berlin 5 il əvvəl Bundestaqa qarşı edilən kiberhücumun Rusiya Federasiyası ilə əlaqəli ola biləcəyini iddia edir. Almaniya hökuməti hesab edir ki, Rusiyanın GRU hərbi kəşfiyyat xidməti kiberhücumda iştirak edib.

 

Xatırladaq ki, haker qrupunun üzvü olan və 2015-ci ilin aprel-may aylarında sözügedən kiberhücumuna rəhbərlik edən rusiyalı Dmitri Badin həbsinə artıq qərarı verilib.

 

Hökumət sanksiya tətbiq etmək təklifini həm kəşfiyyat xidmətlərindən, həm də ictimaiyyətə açıq mənbələrdən alınan materiallar ilə əsaslandırır.

 

Qeyd edək ki, Avropa ölkələri Almaniyanın təklifini qəbul edərsə, bu, Avropa Birliyinin kiberhücumlara görə sanksiya rejiminin tətbiq edilməsi ilə bağlı ilk hal olacaq.

Mənbə: ted.az