Millət vəkili: "Ən böyük zərbə Nikol Paşniyana dəyəcək"

Millət vəkili: "Ən böyük zərbə Nikol Paşniyana dəyəcək"

 

"Ermənistanda belə bir məlumat yayılmaqdadır ki, bu hücum nəticəsində çoxlu sayda erməni əsgəri öldürülüb".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Elman Nəsirovun sözlərinə görə, erməni tərəfi hər dəfə ağır itkilərə məruz qalır:

"Ermənistan-Azərbaycan sərhəddinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri Azərbaycanın Ordusunun mövqelərini artilleriya qurğularından istifadə etməklə atəşə tutub. Məqsədləri hücum edib müəyyən mövqeləri ələ keçirmək idi. Ancaq Azərbaycan silahlı qüvvələri onları yerində otuzdurdu. Hakimiyyətə müxalifətdə olan erməni mətbuatının yaydığı məlumata görə, bu hücum nəticəsində Ermənistan silahlı qüvvələri ciddi itkilərə məruz qalıb. Ümumiyyətlə, döyüş tarixi də göstərir ki, hər zaman hücuma keçən tərəf daha böyük itkiyə məruz qalır. Hücuma keçən və atəşkəsi pozan tərəf məhz Ermənistan idi. Ermənistanın niyə belə addım atmasının səbəbləri tam başa düşüləndir. Məsələ ondadır ki, Ermənistan iqtisadiyyatı onsuz da bərbad və əhali acınacaqlı vəziyyətdədir. Pandemiya dövründə əhalinin sosial durumu və ölkənin iqtisadi vəziyyəti daha da ağırlaşıb".

 

Elman Nəsirov

Deputatın fikrincə, bunun ən böyük zərbəsi Ermənistanın Baş naziri Nikol Paşniyana dəyəcək:

"Belə vəziyyətdə inqilabın qoxusunu hamıdan yaxşı hiss edən Paşniyan çox gözəl bilir ki, ölkəsində inqilab labüdləşib və inqilab yolu ilə hakimiyyətdən uzaqlaşdırılıb, Sarkisyanın taleyini yaşayacaq. Belə olan halda əhalinin və müxalifətin diqqətini yayındırmaq üçün hərbi avantüraya ehtiyac var. Elə etməyə çalışır ki, diqqət ölkə daxilində və xaricində münaqişəyə yönəlmiş olsun. Ancaq əks effektlə üzləşdi. Ermənistan mətbuatında Paşniyan ciddi tənqid olunur, onun məqsədinin arxasında nəyin dayandığını xalqa izah edirlər. Belə bir məlumat yayılmaqdadır ki, bu hücum nəticəsində çoxlu sayda erməni əsgəri öldürülüb".

Deputat yaxın günlərdə Ermənistanda vəziyyətin daha da gərginləşəcəyini bildirib.

Bahar Rüstəmli

 

Mənbə: qaynarinfo.az