"Paşinyan itki sayını gizlətməklə özünü erməni xalqının qəzəbindən qorumağa çalışır"- Deputat

"Paşinyan itki sayını gizlətməklə özünü erməni xalqının qəzəbindən qorumağa çalışır"- Deputat

"İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində növbəti təxribata əl ataraq bir daha işğalçı niyyətlərini ortaya qoydular".

Bunun Sonxeber.az-a danışan Deputat Kamilə Əliyeva bildirib.

Deputat qeyd edib ki, həmişə olduğu yenə də ermənilər torpaqlarımızı işğal etmək niyyəti ilə hücuma keçdilər:

"Lakin Azərbaycan ordusunun qəhrəman zabit və əsgərləri tərəfindən bu təxribatın qarşısı layiqincə alındı. Düşmən böyük itki ilə yerində otuzduruldu. Təəssüf ki, bu döyüşdə Azərbaycanın 4 qəhrəman oğlu şəhid olub, 4 hərbi quluqçumuz isə yaralanıb. Mən şəhid olan oğullarımızın valideynlərinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Ailə üzvlərinə səbir diləyirəm. Əlbəttə, şəhidlərimizin qanı yerdə qalmayacaq. Torpaqlarımız tezliklə işğaldan azad ediləcək. Düşünürəm ki, o zaman bütün şəhidlərimizin ruhu şad olacaq.

Yaralanan hərbi quluqçularımıza da şəfa diləyirəm. Azərbaycan ordusu güclü və yüksək döyüş qabiliyyətinə malikdir. Bu gün vəıtənpərvər, dövlətinə və xalqına sadiq oğullarımız torpaqlarımızı qoruyur. Onlar hər zaman torpaqlarımız uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmağa hazırdılar. Bu dəfə də elə oldu. Silahlı qüvvələrimiz düşmənə layiqli cavab verərək onu çox itki verməyə və geri oturmağa məcbur etdilər. Ermənistan tərəfi həmişə olduğu kimi məğlubiyyəti boynuna almır, ölü sayını gizlətməyə çalışırlar. Nikol Paşinyan bu yolla özünü erməni xalqının qəzəbindən qorumağa çalışır. Lakin sosial şəbəkələrdə Ermənistan sakinləri ölkə rəhbərini ifşa edərək təkcə günorta saatlarında gedən döyüşlərdə 30 erməni əsgərinin şəhid olduğunu söylədilər. Hətta bəzi erməni əsgərlərinin meyitlərinin neytral zona da qaldığını vurğulayanlar da var. Düşünürəm ki, Azərbaycan ordusu ikinci dəfə ermənilərə Aprel döyüşlərindəki məğlubiyyəti xatırlatdı. Bütün dünya, beynəlxalq təşkilatlar bu təxribata ikili münasibət göstərməməli, sərt reaksiya verməlidirlər. Bütün ölkələrin koronavirusla mübarizə apardığı bir vaxtda ermənilər öz çirkin əməllərini icra edərək təxribatlar törədib, torpaqlarımızı işğal etməyə çalışırlar. Bu bir daha ermənilərin işğalçı olduqlarını sübut edir. Ermənilər unutmasınlar ki, Azərbaycan bu gün güclü orduya malikdir. Azərbaycan Silahlı Qüvvələri hər an ermənilərə Aprel döyüşlərini xatırladaraq növbəti dəfə onlara biabırçı məğlubiyyəti daddıra bilərlər".

Deputat qeyd edib ki, bu gün dövlətimiz həm də koronavirusla mübarizə aparır: "Buna baxmayaraq insanlarımızda ruh yüksəkliyi var. Hər bir vətəndaşımız Azərbaycan əsgərinə inanır və fəxr edir. Bu gün yüksək döyüş qabiliyyətinə və ən son model hərbi texnika ilə təchiz olunan Azərbaycan ordusu istənilən zaman torpaqlarımızı işğaldan azad etmək gücünə malikdir. Bir daha dünənki döyüşdə dövlətimizi və xalqımızı qorumaq üçün qəhrəmancasına vuruşaraq şəhid olan oğullarımıza Allahdan rəhmət diləyirəm".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az