İran Azərbaycan və Ermənistan orduları arasında baş verən son qarşıdurmaya münasibət bildirib

İran Azərbaycan və Ermənistan orduları arasında baş verən son qarşıdurmaya münasibət bildirib

... İran rəsmisi bildirib ki, ölkəsi sözügedən məsələnin dinc yolu ilə həllində dəstəyini göstərməyə hazırdır

“Bu hadisəyə və Azərbaycan əsgərlərinin ölümünə görə təəssüf edirik. Biz tərəfləri təmkinli olmağa, məsələləri xüsusilədə işğalda olan Qarabağ məsələsinin həllinin siyasi yolla əldə edilməsinə çağırırıq.”

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi bu günkü mətbuat konfransında deyib.

İran rəsmisi ötən gün Tovuz cəbhəsində Ermənistan və Azərbaycan orduları arasında baş verən qarşıdurmaya toxunub və Azərbaycan əsgərlərinin ölümünə görə təəssüf etdiyini bildirib.

Tərəfləri təmkinli olmağa çağıran S.A.Musəvi münaqişəli məsələlərin xüsusilədə işğalda olan Qabarabağ məsələsinin siyasi yolla həll edilməsini istəyib.

İran rəsmisi bildirib ki, ölkəsi sözügedən məsələnin dinc yolu ilə həllində dəstəyini göstərməyə hazırdır.

Mənbə: www.interaztv.com