Daha 200-ə yaxın Azərbaycan vətəndaşı Gürcüstandan təxliyə olunub

Daha 200-ə yaxın Azərbaycan vətəndaşı Gürcüstandan təxliyə olunub

Azərbaycanın Gürcüstandakı səfirliyi pandemiya səbəbindən tətbiq olunan qadağalar nəticəsində bu ölkəni tərk edə bilməyən vətəndaşlarımızın təxliyəsini davam etdirir.

Xezerxeber.az xəbər verir ki, 200-ə yaxın vətəndaşımız iyulun 13-də saat 10:00-da Azərbaycanın Tbilisidəki səfirliyinin qarşısından avtobuslarla "Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınıblar.

Qeyd edək ki, həmin vətəndaşların hamısı testdən keçib və onların heç birində koronavirus aşkarlanmayıb.

Mənbə: xezerxeber.az