Ermənistanın üzv olduğu hərbi blok təcili TOPLANIR

Ermənistanın üzv olduğu hərbi blok təcili TOPLANIR

Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Daimi Şurası təcili iclasa toplanır. Modern.az xəbər verir ki, KTMT-nın Baş katibi Stanvislav Zas iclasın videokonfrans şəklində keçirilməsini təklif edib.

“İyulun 12-də Azərbaycan-Ermənistan sərhəddində, Tavuş istiqamətində gərginliyin artması ilə bağlı iyulun 13-də KTMT Baş katibi Stanislav Zasın təşəbbüsü ilə Daimi Şuranın təcili iclası keçiriləcək. İclas videokonfrans formatında baş tutacaq”- deyə KTMT-nın mətrbuat katibi Vladimir Zayneddinov deyib.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müaqaviləsi Təşkilatına Ermənistan, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistan daxildir.

 

Mənbə: modern.az