Ermənistanın müdafiə naziri: “Snayperləri işə salmışıq”

Ermənistanın müdafiə naziri: “Snayperləri işə salmışıq”

13 İyul 2020, 11:45 | DÜNYA

Ermənistanın müdafiə naziri: “Snayperləri işə salmışıq”

Ermənistan müdafiə naziri David Tonoyan təmas xəttindəki gərginliyi şərh edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumətin iclasında o, rəsmi Yerevanın aqressiv addımlarını etiraf edib.

“Dünəndən bu günə qədər 15-20 dəqiqə fasilə ilə artilleriya atışları davam edir. Fasilə yalnız gecə 3:30-5:30 aralığında olub. Atışmalar zamanı snayperlərdən də istifadə olunur”.

David Tonoyan cəbhədə situaisyanın nisbətən sakitləşdiyini əlavə edib.

Mənbə: modern.az