Koalisiya qüvvələri husilərin raket və PUA-larla hücumunun qarşısını alıb

Koalisiya qüvvələri husilərin raket və PUA-larla hücumunun qarşısını alıb

Yəməndə “Husi” qiyamçılarına qarşı mübarizə aparan Səudiyyəyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyası qiyamçıların raket və PUA-larla etdiyi hücumun qarşısını alıb. Ordu.az xəbər verir ki, bu barədə koalisiyasının mətbuat katibi Turki Al-Maliki SPA-ya bildirib.
O qeyd edib ki, husilərin Səudiyyə Ərəbistanına qarşı atdığı 2 raket məhv edilib. Bundan başqa qiyamçıların partlayıcı yüklənmiş 6 PUA-sının da hədəfə çatmadan qarşısı alınıb.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az