Paşinyan təşvişə düşdü: Tovuz təxribatı...

Paşinyan təşvişə düşdü: Tovuz təxribatı...

Ermənistan Baş naziri Nikol Paşinyan Tovuz istiqamətində erməni təxribatı ilə bağlı açıqlama verib.

Axar.az xəbər verir ki, Paşinyan guya Azərbaycanın provokasiyaya yol verdiyini iddia edib.

Paşinyan Türkiyənın Xarici İşlər Nazirliyinin dünən Azərbaycana dəstək bəyanatından narahat olduğunu da dilə gətirib.

Erməni baş nazir ənənəvi erməni yalanını və ötən gündən artıq təbliğata başlanılan istiqaməti təkrar edib.

Xatırladaq ki, ötən gün erməni ekspertləri bu təxribatla Ermənistan hakimiyyətinin daxili problemlərdən diqqəti yayındırmağa çalışdığını bildirmişdi. Azərbaycanlı mütəxəssislər isə analoji ittihamın erməni diasporu tərəfindən Azərbaycanın ünvanına səslənə biləcəyini istisna etməmişdilər.

Beləliklə, politoloqlar haqlı çıxdı: bu absurd və Paşinyanın özünə ünvanlanan ittihamı Nikol Azərbaycana aid edib və bildirib ki, Azərbaycan hakimiyyəti hazırkı hadisələrlə ölkədəki daxili problemlərdən diqqəti yayındırmağa çalışır.

Paşinyan ölkədəki ruh düşkünlüyündən də əndişələndiyini ortaya qoyub və deyib ki, xalq gərək “əsgərlər və komandirlərə dəstək versin”.

Nikol Ermənistan ordusunun itkilərindən bəhs etməkdən imtina edib. O, sosial şəbəkədə yayılan çoxsaylı itkilərlə bağlı məlumatlara cavab olaraq bildirib ki, yalnız rəsmi xəbərlərə inanın.

Mənbə: axar.az