“Anti-terror əməliyyatına başlamaq üçün hansısa olayı fürsət kimi dəyərləndirməyə ehtiyac yoxdur”

“Anti-terror əməliyyatına başlamaq üçün hansısa olayı fürsət kimi dəyərləndirməyə ehtiyac yoxdur”

Fikrət Sadıqov: “Bizim işğaldakı torpaqları azad etmək üçün hüququmuz da, gücümüz də, iradəmiz də var”

Məlum olduğu kimi, dünənErmənistan ordusu sərhəddin Tovuz istiqamətində təxribata cəhd edib. Düşmən təxribatınıuğurla dəf edən Azərbaycan ordusu ermənilərə ağır zərbə vurub, düşməni ciddi məğlubiyyətəuğradıb.

Baş verən hadisələrfonunda Azərbaycan cəmiyyətində Qarabağda anti-terror əməliyyatına başlamaqlabağlı tələb və bəyanatların sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, vətəndaşlarınbir çoxu hesab edir ki, əslində ermənilərin bu təxribatı Qarabağda anti-terror əməliyyatınabaşlamaq üçün fürsət sayıla bilər və rəsmi Bakı bu fürsəti dəyərləndirməlidir.

Moderator.az-a açıqlamaverən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Azərbaycanordusunun hər an anti-terror əməliyyatına başlaya biləcəyini vurğuladı:

 

“Azərbaycan hər ananti-terror əməliyyatlarına başlaya bilər. Bunun üçün hansısa fürsət gözləməyimizəehtiyac yoxdur. Buna tam haqqımız var. Belə bir əməliyyat üçün hüquqi əsasımızda var. Bununla yanaşı, əlbəttə ki, yaranmış vəziyyətdən də istifadə etməkolar.

Paşinyan ona qarşı hücumları dayandırmaq, xalqın diqqətini daxildəkiproblemlərdən yayındırmaq üçün kiçik müharibəyə ehtiyac duyur. Bu, açıq şəkildəözünü göstərir. Paşinyan bir srıa rəqiblərini ortadan qaldırdı, keçmiş tərəfdarlarınaqarşı hücuma keçdi. Hazırda onu ciddi şəkildə tənqid edirlər. Paşinyan üçün vəziyyətkifayət qədər mürəkkəbləşib.

Mən birmənalı şəkildədeyə bilərəm ki, Azərbaycan düşmənə ciddi zərbə endirə bilər. Bizim bunahüququmuz da, siyasi iradəmiz də, cəsarətimiz də çatır”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az